Futbol üzrə Azərbaycan Premyer Liqasında X tur “Zəfər turu” elan olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası qərar qəbul edib.
Qeyd edək ki, 8 noyabr – 44 günlük Vətən müharibəsindəki qələbə ilə əlaqədar Azərbaycanda “Zəfər Günü” elan edilib. Premyer Liqanın X turu isə 6-7 noyabrda gerçəkləşəcək.
