Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Pro Liqa: Ronaldunun dublu "Ən-Nəsr"ə qələbə gətirdi
Səudiyyə Ərəbistanı Pro Liqasında 16-cı turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, "Ən-Nəsr" səfərdə "Əl-Xalic"lə üz-üzə gəlib.
Artıq görüşün 35-ci dəqiqəsində ev sahibləri azlıqda qalıblar. Qonaqlar say üstünlüyündən yalnız ikinci hissədə faydalana biliblər.
"Ən-Nəsr"in 3 qoluna rəqibi yalnız bir sərrast zərbə ilə cavab verib - 1:3. Kriştianu Ronaldu qarşılaşmada dubla imza atıb.
Bu nəticə sayəsində "Ən-Nəsr" 32 xalla turnir cədvəlində ilk üçlüyə daxil olub. Onu lider "Əl-Hilal"dan 8 xal ayırır. "Əl-Xalic" isə 23 xalla 8-ci pillədə qərar tutub.
"Ən-Nəsr FK" teqi üzrə xəbərlər
- Kriştianu Ronaldunun cavan qalmasının sirri BƏLLİ OLDU
- Ronaldu 928-ci qolunu vurdu
- Asiya Çempionlar Liqası: Ronaldu iranlılara qol vuraraq komandasına qələbə qazandırdı
- Kriştianu Ronaldudan unikal göstərici - 30 yaşından sonra 463 qol
- Kriştianu Ronalduya evli qadını qucaqladığı üçün 99 şallaq vurulacaq?
Ən çox oxunanlar