Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tehranda İran və Azərbaycanın 16-cı Birgə İqtisadi Komissiyası işə başlayıb
Tehranın ev sahibliyi ilə Azərbaycan və İranın 16-cı Birgə İqtisadi Komissiyası işə başlayıb.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İran Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Əmin Tərfa məlumat verib.
Onun sözlərinə görə, üç illik fasilədən sonra Tehranın ev sahibliyi edəcəyi ikigünlük sammitin ilk günündə texniki və ekspert qruplarında iki ölkə arasında iqtisadi, ticarət, mədəniyyət, turizm, enerji və digər sahələrdəki mövzular müzkairə olunacaq. Əmin Tərfa bildirib ki, yanvarın 22-də İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin iştirakı ilə görüşü keçiriləcək.
İran rəsmisi qeyd edib ki, Memorandumun imzalanması da nəzərdə tutulub. O, "Araz dəhlizinin" tamamlanması məsələsinə də toxunaraq qeyd edib ki, körpülərin və yeni sərhəd terminallarının tikintisi və istismarı da araşdırılır.
"Azərbaycan-İran münasibətləri" teqi üzrə xəbərlər
- Azərbaycana qarşı sərsəm fikirlər səsləndirən Qəzvinin cümə imamı vəzifəsindən uzaqlaşdırıldı
- İran-Azərbaycan sərhədində yeni gömrük terminalı tikilir
- Azərbaycan səfiri İranın XİN nümayəndəsi ilə görüşüb
- Orxan Əsgərovun atasından Azərbaycan səfirliyinə terror hücumu edən şəxsin edam xəbərinə REAKSİYA
- Araz çayı üzərindəki avtomobil körpüsünün tikintisi bu ilin yazında başa çatdırılacaq