Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Robert Prosineçki Azərbaycan xalqını Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik edib.
“İnanıram ki, 2016-cı il bizim üçün uğurlu olacaq. Mən artıq bir ildir ki Azərbyacandayam, və bu vaxt ərzində biz çox işlər görmüşük. İnanıram ki, Azərbaycan millisi DÇ-2018 təsnifat mərhələsində yaxşı oyun nümayiş etdirəcək. Mart və iyun aylarında bizi təlim toplantıları və maraqlı oyunlar gözləyir. Azərbaycanda çoxlu gənc və perspektivli futbolçular var, bu səbədən gələcəyə nikbin baxıram.
Hamınızı Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramıı münasibəti ilə təbrik edirəm”.