Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu
UEFA Çempionlar Liqasında 1/8 final uğrunda keçirilən pley-off mərhələsinin son qarşılaşmaları oynanılıb.
Oxu.Az xəbər verir ki, daha 2 komanda turnirin növbəti raunduna vəsiqə qazanıb.
Parisdə baş tutan fransız duelinin qalibi, gözlənildiyi kimi PSJ olub. Paytaxt klubu səfərdə "Brest"in qapısından 3, ev oyununda isə 7 cavabsız top keçirib. İki görüşün nəticəsinə görə, 10:0 qalib gələn Fransa çempionu adını ən güclü 16 komandanın siyahısına yazdırıb.
Gecənin ən maraqla gözlənilən qarşılaşması Madriddə keçirilib. Yarışın son qalibi "Real" "Mançester Siti"ni qəbul edib. İngiltərədən 2:3 hesablı üstünlüklə qayıdan kral klubu bu dəfə də azarkeşlərini qələbə ilə sevindirib. Mbappenin het-triki madridlilərin 1/8 finala çıxmasını rəsmiləşdirib - 3:1 (6:3). Bu mövsüm uğursuz çıxışı ilə seçilən "şəhərlilər" isə Çempionlar Liqası ilə vidalaşıb.
"Mançester Siti FK" teqi üzrə xəbərlər
- İngiltərə Premyer Liqasında qiyməti yüksəlməkdə olan futbolçuların siyahısı açıqlanıb
- "Mançester Siti" klubunun rəhbərliyi yeni baş məşqçi axtarışlarına başladı
- "Mançester Siti" Qvardiolanın yerinə "Barselona"nın əfsanəsini gətirmək istəyir
- Holand Premyer Liqa tarixinin rekorduna imza atdı
- İngiltərə Premyer Liqası: "Mançester Siti" "Brayton" səddini keçə bilmədi