Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi Avropa çempionatında növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Çempionatın 1/8 final mərhələsində millimiz Bolqarıstan yığması /ilə qarşılaşıb.
Görüş rəqib komandanın 3:0 (25:12, 25:16, 25:23) hesablı qələbəsi ilə başa çatıb. 1/4 finalda Bolqarıstan yığması Rumıniyanı 3:0 məğlub etmiş Serbiya millisi ilə üz-üzə gələcək. Qarşılaşma sentyabrın 4-də təşkil olunacaq.
Qeyd edək ki, turnirdə mübarizəni dayandıran millimiz çempionatın qrup mərhələsində Xorvatiya, Estoniyanı 3:2, Macarıstan və Rumıniyanı 3:0 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub – 0:3.
Final oyunu Ankarada keçiriləcək Avropa çempionata sentyabrın 8-də yekun vurulacaq.