Azərbaycanın qadın voleybolçulardan ibarət yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, voleybolçularımız Avropa çempionatının pley-off mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşıb.
Bakıda keçirilən ilk görüşdə rəqibinə 3:0 hesabı ilə qalib gələn komandamız səfərdə eyni hesabla uduzub.
Belədə final mərhələsinə vəsiqənin sahibinə “qızıl set”də aydınlıq gəlib. Həlledici hissə üçün gücünü qoruyan millimiz bu dəfə özünü yaxşı tərəfdən göstərib və seti öz xeyrinə başa vurub (6:15).
Beləliklə, “qızıl set”də rəqibindən üstün olan yığmamız ardıcıl 6-cı dəfə Avropa çempionatının finalına yüksəlib.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin oyunları Belçikanın Antverpen şəhərində keçiriləcək.