Millətlər Liqasında səfərdə Kipr, Bakıda Farer adaları yığması ilə qarşılaşacaq qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
AFFA-nın rəsmi saytı xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 23 oyunçuya dəvət göndərib.
Yığmamız qeyd olunan matçlara hazırlıq məqsədilə noyabrın 27-dən Kiprdə təlim-məşq toplanışına başlayacaq.
Qeyd edək ki, yığma dekabrın 1-də səfərdə Kiprlə, 4 gün sonra "Dalğa Arena"da Farer adaları ilə üz-üzə gələcək.
| N | SOYAD | AD | KLUB |
| 1 | Şərifova | Aytac | "Trabzonspor" (Türkiyə) |
| 2 | Əliyeva | Nərgiz | "KDZ Eregli Spor" (Türkiyə) |
| 3 | İsmayılova | Günay | "Neftçi" |
| 4 | Mirzəliyeva | Nigar | "Zenit" (Rusiya) |
| 5 | Məmmədova | Kamilla | "Doğuş Gold Asya Spor" (Türkiyə) |
| 6 | Hacıyeva | Nərgiz | "Trabzonspor" (Türkiyə) |
| 7 | Mollayeva | Manə | "Neftçi" |
| 8 | Əhmədova | Ayşən | PAOK (Yunanıstan) |
| 9 | Bakarandze | Kristina | "Qalatasaray" (Türkiyə) |
| 10 | Məmmədova | Diana | "Yenisey" (Rusiya) |
| 11 | Əliyeva | Coşqunə | "Neftçi" |
| 12 | Manya | Esra | "Beşiktaş" (Türkiyə) |
| 13 | Seyfəddinova | Vüsalə | "Fomget GSK" (Türkiyə) |
| 14 | Teymurova | Firəngiz | "Neftçi" |
| 15 | Acar | Yeliz | "Fatih Vətən" (Türkiyə) |
| 16 | Bozdağ | Peritan | "Fatih Vətən" (Türkiyə) |
| 17 | Dorofeyeva | Alina | "Yenisey" (Rusiya) |
| 18 | Cəfərzadə | Sevinc | "Krasnodar" (Rusiya ) |
| 19 | Rəhimova | Sona | "Girəsun Sanayispor" (Türkiyə) |
| 20 | Məhsimova | Jalə | "Amedspor" (Türkiyə) |
| 21 | Rəhimova | Milana | "Neftçi" |
| 22 | Əliyeva | Aysun | "Neftçi" |
| 23 | Cəfərova | Fidan | "Baku Juniors Football Club" |