Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Qalatasaray” “Alanyaspor” oyununda qalib müəyyənləşməyib
Futbol üzrə Türkiyə Superliqasının XX turunda turnir cədvəlində 2-cü pillədə qərarlaşan İstanbulun “Qalatasaray” komandası səfərdə “Alanyaspor”un qonağı olub.
Oxu.Az xəbər verir ki, baş hakim Alper Ulusoyun rəhbərliyi ilə baş tutan görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, oyunda qalib müəyyənləşməyib.
Qarşılaşmanın 45-ci dəqiqəsində “Alanyaspor”un hücumçusu Djalma Kampos hesabı açıb. Qonaqların cavabı çox çəkməyib. Sofian Fequli 52-ci dəqiqədə hesabı bərabərləşdirib. Oyun elə bu hesabla da bitib.
Bu bərabərlik sayəsində “Alanyaspor” xallarının sayını 25-ə çatdıraraq turnir cədvəlində 10-ci pillədə öz yerini möhkəmlədib. “Qalatasaray” isə 36 xalla 2-cü yerdə qərarlaşıb.
"Qalatasaray FK" teqi üzrə xəbərlər
- Dris Mertensin həyat yoldaşı futbolçunun "Qalatasaray"dakı gələcəyinə müdaxilə edib
- "Qalatasaray" Mauro İkardi ilə bağlı yekun qərarını verib
- Türkiyə Superliqası: "Qalatasaray"a qələbə üçün bir qol bəs etdi
- "Qalatasaray" yanvar ayında heyətini fransalı hücumçu ilə gücləndirəcək
- "Qalatasaray" İngiltərə Premyer Liqasının ulduzları üçün danışıqlara başlayıb
Rəylər