Venesuelada dövlət çevrilişinə cəhd uğursuz olub.
“EuropaPress”in məlumatına görə, bu barədə Karakasda mitinqdə çıxış edən Venesuela prezidenti Nikolas Maduro bildirib.
Maduro həmçinin çıxışında Venesuelada böhranın həlli ilə bağlı müxalifətin humanitar yardım haqqında təkliflərini də şərh edib.
“Həll axtarmaq vaxtı çatıb. Venesuela yoxsul ölkə deyil. Bizə heç kimdən kömək lazım deyil”, - deyə o bildirib.
Qeyd edək ki, bu gün Venesuelada Maduro tərəfdarlarının yürüşü olub.
Rəylər