Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Qalatasaray" azarkeşlərinə ŞAD XƏBƏR: Viktor Osimhen Türkiyə nəhəngində qalacaq
Türkiyənin "Qalatasaray" klubu nigeriyalı hücumçu Viktor Osimhenin qalıcı transferini reallaşdırmaq üçün lazım olan məbləği toplamağı bacarıb.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, Viktor Osimhenin icarə əsasında "Qalatasaray"a gəlməsi üçün "Napoli"yə doqquz milyon avro ödəyən Türkiyə nəhəngi, geri qalan 66 milyon avronu da ödəməyə razı olub (ümumilikdə 75 milyon avro).
Viktor Osimhen özü də "Qalatasaray"da qalmaq istədiyindən "Yuventus" və Səudiyyə Ərəbistanı klublarının təkliflərini geri qaytarıb.
Qeyd edək ki, Viktor Osimhen "Qalatasaray"a keçəcəyi təqdirdə Türkiyə futbolu tarixinin ən bahalı transferi olacaq.
"Viktor Osimhen" teqi üzrə xəbərlər
- "Qalatasaray" Viktor Osimhenə illik 20 milyon avro təklif etdi
- "Fənərbağça" əzəli rəqibinin ulduzu üçün 75 milyon avro təklif edib
- Viktor Osimhenin transferi ilə adı hallanan İtaliya klubu xəbəri təkzib etdi
- Viktor Osimhen transfer təklifi göndərən klublara şərtlərini bildirib
- Barış Alper Yılmazı transfer etmək istəyən İtaliya klubu "Qalatasaray"la danışıqlara başlayıb