Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bəhruz Hidayətzadə: "Bu il bizim təqvimimizdə 15 sərgi yer alır"
"Bu il bizim təqvimimizdə 15 sərgi yer alır. Azərbaycanın ərzaq təhlükəsizliyinin formalaşmasında bu sərgilərin rolu böyükdür".
Oxu.Az xəbər verir ki, bu fikirləri 18-ci Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı "Caspian Agro" və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgilərinin mətbuat konfransında "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə deyib.
O bildirib ki, 30 il ərzində sərgilər brend olaraq formalaşıb:
"Bizim Qida Sənayesi Sərgisində bu müddət ərzində üç mindən çox şirkət iştirak edib, 50-dən çox ölkə təmsil olunub. 150 min peşəkar mütəxəssis sərgiləri ziyarət edib.
Builki sərgilərdə yeni ölkələr də iştirak edəcək".
Məhərrəm Əliyev