"Qalatasaray" klubu "Mançester Yunayted"in ulduz yarımmüdafiəçisi Bruno Fernandesi heyətinə qatmaq üçün hərəkətə keçib.
Oxu.Az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfə 35 milyon avro və əlavə olaraq 15 milyon avro bonus ödəməyə hazırdır.
Tərəflər arasında danışıqlar baş tutacağı təqdirdə, "Qalatasaray"ın futbolçuya dörd illik müqavilə və 4 milyon avro məbləğində bonus təklif edəcəyi gözlənilir.
Qeyd edək ki, futbolçunun müqaviləsindəki 65 milyon avroluq sərbəst qalma bəndi artıq qüvvədən düşüb.
