Peşəkar Futbolçular Assosiasiyası (PFA) İngiltərə Premyer Liqasında "İlin futbolçusu"nu seçib.
Oxu.Az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş Peşəkar Futbol Assosiasiyası tərəfindən 2025/26 mövsümünün ən yaxşı oyunçusu seçilib.
İngiltərə Premyer Liqasının ötən mövsümündə Bruno Fernandeş 35 oyun keçirib, doqquz qol vurub və 21 məhsuldar ötürmə edib.
Qeyd edilir ki, 31 yaşlı portuqaliyalı Bruno Fernandeş həmyerlisi Kriştianu Ronaldudan sonra bu mükafatı qazanan ikinci portuqaliyalı futbolçu olub. Ronaldu karyerası ərzində ardıcıl iki dəfə PFA-nın "İlin oyunçusu" mükafatını qazanıb.
İlin komandası isə aşağıdakı oyunçulardan ibarət olub:
Qapıçı: David Raya ("Arsenal");
Müdafiəçilər: Qabriel Maqalyayns ("Arsenal"), Niko Oreilli ("Mançester Siti"), Uilyam Saliba ("Arsenal"), Yurriyen Timber ("Arsenal");
Yarımmüdafiəçilər: Bruno Fernandeş ("Mançester Yunayted"), Deklan Rays ("Arsenal"), Rayan Çerki ("Mançester Siti");
Hücumçular: Erlinq Holand ("Mançester Siti"), Antuan Semenyo ("Mançester Siti"), İqor Tiaqo ("Brentford").