Türkiyə nəhəngi "Qalatasaray"ın azarkeşi nigeriyalı futbolçu Viktor Osimhenin nömrəsini taparaq ona təhdid mesajları ünvanlayıb.
Oxu.Az xəbər verir ki, Viktor Osimhen isə özünü Türkiyə mafiyasının üzvü olaraq tanıdan azarkeşə qarşı təhqiredici ifadələr işlədib.
"Qalatasaray" rəsmiləri isə məsələni dərindən araşdıracaqlarını və bu barədə hüquq-mühafizə orqanlarına şikayət etdiklərini bildiriblər.
Qeyd edək ki, "Qalatasaray" hazırda nigeriyalı hücumçunun keçidi üçün "Napoli" klubu ilə danışıqları davam etdirir.
