UEFA Çempionlar Liqasının (ÇL) "Ayaks" - "Qalatasaray" oyunu fransalı hakimlər briqadasına həvalə olunub.
Oxu.Az xəbər verir ki, Niderlandda keçiriləcək oyunun baş hakimi Benua Bastyen olacaq.
UEFA-nın vacib oyuna fransalı hakimləri təyin etməsi Türkiyədə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə xeyli türkiyəli tərəfdarlar bu qərara etirazlarını açıq şəkildə bildiriblər.
Xatırladaq ki, ÇL-in əsas mərhələsinin 4-cü turunun "Ayaks" - "Qalatasaray" oyunu noyabrın 6-na keçən gecə baş tutacaq. Üç turdan sonra "Qalatasaray" 6 xalla 14-cü, xalsız "Ayaks" isə sonuncu - 36-cı pillədədir.