"Qalatasaray" komandasının italyan futbolçusu Nikolo Zanyolo "Udineze" komandasına transfer olunub.
Oxu.Az bildirir ki, bu barədə İtaliya təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi İtaliya A Seriyasında icarə əsasında çıxış edəcək. Zanyolo 2026-cı il iyunun 30-dək "Udineze"də icarə əsasında 10 nömrəli forma ilə oynayacaq.
"Qalatasaray" bu icarədən 2,5 milyon avro gəlir əldə edəcək.