“Neftçi” Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacağı “Qalatasaray” klubuna “Twitter” vasitəsilə ismarıc göndərib.
“Ağ-qaralar” “Qalatasaray”ı taq edərək “sizi gözləyirik” yazıb.
Super Liqa təmsilçisi də buna qarşılıq olaraq “Twitter”də Azərbaycan dilində paylaşım edib: “AzərbayCANda görüşərik. Yaxşı oynayan qalib gəlsin”.
AzərbayCAN’da görüşərik. Yaxşı oynayan qalib gəlsin. 🇹🇷🇦🇿 https://t.co/Jta4vxNFk8
— Galatasaray SK (@GalatasaraySK) August 31, 2020
Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” matçı sentyabrın 17-də Bakıda keçiriləcək.