Türkiyənin “Qalatasaray” klubu transfer dönəminin son günündə iki keçidi həll edib.
Oxu.Az xəbər verir ki, “cimbom” “Yuventus”un seneqallı mərkəz hücumçusu Mbay Dianı transfer edib.
O, son klubu olan “Kasımpaşa”da 34 Super Liqa matçında 32 qol vurub. Cari mövsüm senqallı 20 qolla yadda qalıb və Super Liqada aşkar şəkildə bombardirlər cədvəlinə başçılıq edir.
Bundan başqa, İstanbul klubu Yunanıstan millisinin və Fransanın “Marsel” klubundan hücumçu Kostaz Mitroğlunu heyətinə qatmaq üçün tibbi müayinədən keçirib. Onunla müqavilənin bağlandığının yaxın saatlarda elan olunacağı gözlənilir.
Səbuhi MUSAYEV