“Qarabağ”ın uzun illər davam edən uğuru məni maraqlandırır. Hesab edirəm ki, klubumuza ən böyük hədiyyə akademiyanın qurulması ilə bağlı idi”.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib. Klub rəhbəri bildirib ki, yeni tikiləcək akademiyanın yeri böyük ölçüdə bəllidir. Ancaq onlar akademiyanı Suraxanıdakı “Azersun Arena”nın yanında inşa etmək istəyirlər:
“İki il əvvəl demişdim ki, akademiya və gənclərə investisiya etmək zamanımız gəlib. Şükür Allaha, onunla bağlı işlərimiz başlayıb, layihələrimiz var. Yavaş-yavaş “Qarabağ” futbol akademiyasını inşa etdirəcəyik. Bu, məni çox sevindirir. Yer də müəyyənləşib.
Hazırkı stadionumuzun ətrafı olsaydı, bizim üçün daha yaxşı olardı. Çünki gedib-gəlmək, futbolçularımızda vahid “Qarabağ” ruhunun yaranması çox önəmlidir. Çalışacağıq ki, bugünkü stadionumuzun yanında olsun. Amma hələlik öz yerimiz var. Binə qəsəbəsinə yaxın yerdədir. Yeri bir az uzaqdır, deyə bilmərəm ki, ideal yerdir. Amma baxırıq, layihələndiririk. Ərazi məsələsi tam dəqiqləşsə, bu il inşaata başlayacağıq. Klub prezidenti olaraq, atdığım ən önəmli addımlardan biridir”.
Faiq Tahirov