UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi islandiyalı rəqibi üzərində rahat qələbə qazanıb - 3:0.
Qolları 30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdulla Zubir, 86-cı dəqiqədə Renaldo Sefas vurublar.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri" (İrlandiya) duelinin güclüsü ilə qarşılaşacaq.



Daha çox foto burada: PhotoStock.az
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda üçüncü qol vurulub.
Oxu.Az xəbər verir ki, "Qarabağ" rəqib qapısından daha bir top keçirib.
Üçüncü qolun müəllifi 86-cı dəqiqədə Renaldo Sefas olub.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda ikinci qol vurulub.
Oxu.Az xəbər verir ki, ağdamlılar hesabda fərqi artırıblar.
İkinci topu 45+2-ci dəqiqədə Abdulla Zubir rəqib qapısından keçirib.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda hesab açılıb.
Oxu.Az xəbər verir ki, ağdamlılar matçda ilk qolu vurublar.
Qolun müəllifi 30-cu dəqiqədə Zakaria Savo olub.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri" (İrlandiya) duelinin güclüsü ilə qarşılaşacaq.
UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ" - "Vestri" (İslandiya) qarşılaşması start götürüb.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionuda keçirilən görüşü moldovalı hakim Roman Jitari idarə edir.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda üz-üzə gələcək "Qarabağ" və İslandiyanın "Vestri" komandalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 4. Varkonyi, 5. Bruno Lanqa, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Zakariya Savo, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov.
"Vestri": 1. Marvin Steynarsson, 3. Edson, 6. İbrahima Balde, 10. Tordur Qunnar Haftorsson, 12. Tibanq Pxete, 15. Arnar Svavarsson, 17. Qunnar Yonas Hauksson, 22. Elmar Qardarsson, 23. Breki Hermannsson, 29. Konstantin Çeşmeciyev
Baş məşqçi: Daniel Osafo-Badu.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.
Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsində təmsilçimiz "Qarabağ" İslandiyanın "Vestri" komandası ilə qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.
Qarşılaşmanı moldovalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Roman Jitari olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol kömək edəcəklər. Andrey Brequta dördüncü hakim funksiyasını yerinə yetirəcək. İsveçrəli Luka Cibelli VAR, onun həmyerlisi Anojen Kanaqasinqam isə AVAR olacaq.
Qeyd edək ki, cavab qarşılaşması İslandiyanın paytaxtı Reykyavikdə yerləşən "Valbjarnarvöllur" stadionunda olacaq. Görüş Bakı vaxtı ilə iyulun 17-də, saat 00:00-da start götürəcək.