Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Premyer Liqa: "Qarabağ" "Neftçi"yə qalib gəldi
Azərbaycan Premyer Liqasında 15-ci turun yekun qarşılaşmasında "Neftçi" "Qarabağ"ı qəbul edib.
Oxu.Az xəbər verir ki, "Neftçi Arena"da baş tutmuş görüş qonaqların 0:3 hesablı qələbəsi ilə başa çatıb.
Qolları 27-ci və 56-cı dəqiqələrdə Leandro Andrade, 54-cü dəqiqədə Nəriman Axundzadə vurub.
Bu görüşdən sonra rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 37 xalla liderliyə yüksəlib. Paytaxt klubu 13 xalla 8-ci sıradadır.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Sabah" "Səbail"i, "Kəpəz" "Şamaxı"nı (hər üçü 1:0), "Zirə" isə "Sumqayıt"ı məğlub (4:1) edib.
Bu gün Azərbaycan Premyer Liqasında "Neftçi" "Qarabağ"ı qəbul edəcək.
Oxu.Az xəbər verir ki, XV turun sonuncu matçı saat 19:00-da start götürəcək.
Qarşılaşma "Neftçi Arena"da baş tutacaq.
Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 34 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 13 xalla 7-ci sıradadır.
Premyer Liqa
II dövrə, XV tur
1 dekabr
19:00. "Neftçi" - "Qarabağ"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.
VAR: Kamal Umudlu.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
"Neftçi Arena"
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Sabah" "Səbail"i, "Kəpəz" "Şamaxı"nı (hər üçü 1:0), "Zirə" isə "Sumqayıt"ı məğlub (4:1) edib.
"Sabah FK" teqi üzrə xəbərlər
- "Sabah" millinin üzvünü əvəzedici komandaya göndərib?
- Misli Premyer Liqasının XXII turunu izləyən azarkeşlərin ümumi sayı bəlli olub
- Azərbaycan millisinin ukraynaəsilli yarımmüdafiəçisi "Sabah"ın əvəzedici komandasına göndərilib
- Frank De Bleker etiraf etdi: "Sabah" - "Turan Tovuz" matçında hakim səhvi olub"
- Misli Premyer Liqasında qış transfer pəncərəsi bağlandı