Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində bu gün keçiriləcək “Qarabağ” - “Dnepr” oyunu üçün satılan biletlərin hamısı satılıb.
Oxu.Az xəbər verir ki, satışa çıxarılan 30 900 biletin hamısı satılıb.
13:03
Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində bu gün keçiriləcək “Qarabağ” - “Dnepr” oyunu üçün satılan biletlərin sayı açıqlanıb.
Oxu.Az xəbər verir ki, satışa çıxarılan 30 900 biletdən 28 000 bilet artıq satılıb.
Stadionun kassalarında qalan çox az sayda biletin bir neçə saata satılıb qurtarması gözlənilir.
Qeyd edək ki, F qrupunda qərarlaşan “Qarabağ” “Dnepr” üzərində səfərdə qazandığı 1-0 hesablı tarixi qələbədən sonra qrup ikincisidir.
Elvin Əhmədov
www.oxu.az