107.7 – “AvtoFM” radiosu yeni verilişlə dinləyicilərin görüşünə gəlir.
Oxu.Az xəbər verir ki, “İncilər... 80incilər” adlı layihədə 1980-ci illərin hitlərini dinləyə biləcəksiniz. “İncilər... 80incilər”ə hər həftənin şənbə günü saat 18.00-dan 20.00-dək qulaq asa bilərsiniz.
Beləliklə, gün ərzində avto-aləmdə baş verən hadisələrdən, xəbərlərdən, hit musiqilərdən və s. xəbərdar olmaq istəyirsinizsə, mütləq radiodalğalarınızı 107.7 fm tezliyində yayımlanan “AvtoFM”-ə kökləyin.
Yeri gəlmişkən, bu gün Azərbaycanda qeyd edilən Televiziya və Radio günü münasibətilə “AvtoFM” radiosunun bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edir, qazandıqları uğurların davamlı olmasını diləyirik!
Aytən Sadıqzadə