Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“Azərbaycan inciləri”- “AvtoFM”in yeni layihəsi - AUDİO
107.7 - “AvtoFM” radiosu musiqisevərləri yeni layihələri ilə sevindirməkdə davam edir.
Oxu.Az xəbər verir ki, radio hər həftənin bazar günü saat 17.00-dan 18.00-dək “Azərbaycan inciləri” adlı yeni layihəsini təqdim edəcək.
Bir saat ərzində dinləyicilər kökü əsrlərin dərinliklərinə söykənən Azərbaycan klassik musiqiləri, retro-estradası, bəstəkar və xalq mahnıları ilə tanış ola biləcəklər.
Azərbaycan mədəniyyətinin bir qolu olan Azərbaycan musiqisi ölkənin milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmış müxtəlif janrlı musiqidir. Çox qədim zamanlardan – Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) – başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər var.
Nəsildən-nəslə ötürülərək inkişaf etmiş, təkmilləşmiş, yeni-yeni janrları mənimsəmiş və zənginləşmiş milli musiqimizin “AvtoFM”də təbliği ürəkaçan haldır.
Odur ki, həftənin hər günü radiodalğalarınızı 107.7 - “AvtoFM”ə kökləyin.
Aytən Sadıqzadə
www.oxu.az