Beynəlxalq futbol tarixi və statistikası Federasiyası (İFFHS) dünyanın 203 klubunun daxil olduğu futbol klublarının reytinqini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu reytinqdə üç Azərbaycan komandası da yer alıb.
Klublarımız arasında ən yaxşı nəticələri 142 xal ilə 770-ci yerdə olan “Qarabağ” nümayiş etdirib. “Qarabağ” Türkiyənin “Qalatasaray” və “Beşiktaş”, İtaliyanın “İnter” və “Milan”, Portuqaliyanın “Benefika”, Moskvanın MOİK kimi komandalarından öndədir.
Reytinqin 14-cü pilləsində 116 xal ilə “Qəbələ” komandası dayanır. Bakının “İnter” komandası isə 92 xal ilə 192-ci yerdədir. İspaniyanın “Barselona” komandası 379 xal ilə liderlik edir.
F.H.
www.oxu.az