Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Qarabağ" heyətini polşalı qapıçı ilə gücləndirib
"Qarabağ" növbəti transferini reallaşdırıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu qapıçı Mateuş Koxalskini heyətə cəlb edib.
Uzun sürən danışıqlar nəticəsində Polşa təmsilçisi "Stal Mielets"lə razılıq əldə olunub.
"Qarabağ"la 24 yaşlı polşalı qolkiper arasında 3+1 illik müqavilə imzalanıb. O, "Stal Mielets"in heyətində keçirdiyi ötən mövsümdə Polşa çempionatının ən yaxşı qapıçısı adına layiq görülüb.
Koxalski 2022-ci ilin yayından "Stal Mielets"in şərəfini qoruyub. O, bunadək "Legionoviya Legionovo", "Radomyak Radom" və "Legiya Varşava"da forma geyinib.
Qeyd edək ki, "Qarabağ"ın yeni qapıçısı bu ilin iyununda Polşanın əsas millisinin AVRO-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. O, bunadək U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Azərbaycan kuboku: "Qarabağ"ın finalda rəqibi "Sabah" oldu
- Futbolçularımız niyə qol vura bilmirlər? - Premyer Liqada acınacaqlı mənzərə
- Premyer Liqa: Turun son qarşılaşmasında "Zirə" qələbə qazandı
- "Qarabağ" - "Neftçi" oyununda azarkeş sayı üzrə mövsümün ikinci göstəricisi qeydə alındı
- Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub etdi