Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şəhid oğlu: "Atam kəndin bütün əhalisini mühasirədən çıxarmış, geri qayıdanda əsir düşmüşdü"
"Atam 1993-cü ildə Cəbrayıl rayonunun Doşulu kəndində ailəsi də daxil olmaqla, kəndin bütün əhalisini mühasirədən çıxarıb Beyləqan rayonuna aparıb. Ondan sonra döyüşlərdə iştirak etmək üçün yenidən Qarabağa qayıdıb".
Bu sözləri Oxu.Az-a açıqlamasında Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti müəyyənləşdirilən Cavanşir Hüseynovun oğlu Elçin Hüseynov deyib.
Onun sözlərinə görə, atası Cavanşir Hüseynov döyüşlərə qatılmaq üçün cəbhə xəttinə geri qayıdandan sonra Füzuli rayonunda əsir götürülüb və şəhid edilib:
"Atamın itkin düşməsinin üzərindən 32 il keçsə də, həmişə yolunu gözləmişik, heç vaxt ümidsiz olmamışıq. Şükür ki, nəşi də olsa, tapılıb bizə təhvil verildi. Düzdür, insan belə məqamlarda kədərlənir, amma biz sevindik. Çünki ən azından, atamın artıq ziyarət edəcəyimiz, başı üstə dayanıb ağlayacağımız bir məzarı var. 32 ildir, biz bu günü gözləmişik".
Mərahim Nəsib
"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyev dəfn edilib
- Şəhid qardaşı: "Onu sonuncu dəfə 1992-ci ildə görmüşdüm"
- Suraxanıda I Qarabağ müharibəsinin itkin şəhidi Mübariz Hüseynov dəfn edilib
- Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq
- Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib