Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Qarabağ" hücum xəttini argentinalı hücumçu ilə gücləndirmək istəyir
"Qarabağ" heyətini Bolqarıstanın "Beroe" klubunda çıxış edən hücumçu Leandro Qodoyla gücləndirmək istəyir.
Oxu.Az "Sportinfo"ya istinadən xəbər verir ki, Ağdam təmsilçisi 5 milyon avro qarşılığında "Flamenqo"ya satdığı Olavio Juninyonun yerinə məhz onu hədəfə alıb.
Hazırda tərəflər arasında danışıqlar davam etməkdədir.
23 yaşlı forvardın xidmətində Rusiyadan "Lokomotiv" və Bolqarıstandan SSKA da maraqlıdır.
"Beroe"nin Qodoya görə 1 milyon avro təzminat tələb etdiyi söylənilir. Onun bu klubla 2027-ci ilin yayına qədər müqaviləsi var.
Mərkəz hücumçusu olan Qodoy bu mövsüm "Beroe"nin heyətində bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 12 qol vurub (hamısı yüksək liqada).
Argentinalı "Rasinq", "Çakarita Juniors" (hər ikisi Argentina) və "Torreense"də (Portuqaliya) oynadıqdan sonra "Beroe"yə keçib. O, "Defensa Xustisiya"da icarə əsasında çıxış edib.
Rəylər