Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yalnız "CineMastercard"da türk komediyası "Kutsal Damacana 5: Zombi"
Eksklüziv olaraq "CineMastercard" premium kinoteatrlar şəbəkəsində yanvarın 23-dən "Kutsal Damacana 5: Zombi" türk komediyasının nümayişi başlayır.
İzləyicilər film boyu gərgin səhnələri həyəcanla izləyəcək və ürəkdən güləcəklər. Film Türkiyənin müxtəlif yerlərində çəkilib, bu da ona orijinal ab-hava verir.
Filmin rejissoru Kamil Çetindir.
Rolları Şafak Sezer, Ersin Korkut, Yıldırım Memişoğlu, Ozan Akbaba, Aslı Bekiroğlu və Bülent Ersoy ifa ediblər.
Filmin beşinci hissəsində baş qəhrəmanlar Fikret, Asım və Artin əzəli düşmənləri İblisin zombi ordusu ilə dünyanı fəth etmək planı ilə üzləşirlər. İblisin ölümcül virusla yaratdığı zombi ordusunu dayandırmaq üçün toplanan komanda amansız döyüşə girir.
Qeyd etmək istərdik ki, filmin yaş həddi 18+ təyin olunub.
"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

"CineMastercard" teqi üzrə xəbərlər
- "Tağıyev. Neft" filmini 70 mindən çox tamaşaçı izləyib
- Əsrarəngiz "Rafadan Tayfa: Kapadokya" macərası yalnız "CineMastercard"da
- "CineMastercard"da "Dayı: Bir Adamın Hikayesi 2" filminin qala gecəsi keçirilib
- Bakıda "Dayı 2" filminin qala gecəsi keçirildi
- "CineMastercard"da "Dayı: Bir Adamın Hikayesi 2" filminin ulduzu ilə görüş keçiriləcək