Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Qarabağ"ın Avropadakı şücaəti "Dinamo"nun baş məşqçisini narahat edib: "Bizə xəbərdarlıqdır"
"Qarabağ"ın bu cür uğurlu çıxışları bizə xəbərdarlıqdır".
"Report" xəbər verir ki, bunu "Dinamo"nun (Zaqreb, Xorvatiya) baş məşqçisi Sergey Yakiroviç "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis "Qarabağ"ın güclü rəqib olduğunu bildirib: "Rəqib komandanın futbolçuları uzun müddətdir bir yerdə çıxış edirlər. Onlara qarşı mübarizə çətin olacaq. Ötən mövsüm UEFA Avropa Liqasında "Bayer 04" (Almaniya) klubuna çətin anlar yaşatdılar. "Ludoqorets"lə (Bolqarıstan) matçda rəqib qapısından səfərdə 7 qol keçirdilər. "Qarabağ"ın bu cür uğurlu çıxışları bizə xəbərdarlıqdır. Rəqibin hücum xəttində çox yaxşı oyunçuları var. Müdafiədə necə çıxış edəcəklərini isə görəcəyik".
Qeyd edək ki, "Dinamo" və "Qarabağ" komandaları arasında ilk matç sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibi müəyyənləşdi
- Azərbaycan Premyer Liqasının növbəti turunun hakim təyinatları AÇIQLANDI
- Azərbaycan kuboku: "Qarabağ"ın finalda rəqibi "Sabah" oldu
- Futbolçularımız niyə qol vura bilmirlər? - Premyer Liqada acınacaqlı mənzərə
- Premyer Liqa: Turun son qarşılaşmasında "Zirə" qələbə qazandı