"Qarabağ" futbol klubunun "ÇSKA Sofiya" ilə matçda zədə almış futbolçusu Zakaria Savonun durumu açıqlanıb.
Bu barədə "Qarabağ"ın mətbuat xidmətindən Oxu.Az-a məlumat verilib.
Qeyd olunub ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnən isveçli hücumçunun müayinəsindən sonra sağ bud əzələsinin qismən yırtılması aşkarlanıb.
Bildirilib ki, onun 8 həftəyə meydançaya qayıtması gözlənilir.

Qaynar xətt:
(055) 224 12 12