"Qarabağ" kifayət qədər güclü kollektivdir. Ümid edirəm ki, müsbət nəticə əldə edəcəyik və bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik".
Oxu.Az topsport.bg saytına istinadən xəbər verir ki, bunu "ÇSKA Sofiya" klubunun müdafiəçisi Teodor İvanov deyib.
Futbolçu Azərbaycana yola düşməzdən əvvəl hava limanında jurnalistlərlə söhbətində Bakıya sərfəli nəticə üçün getdiklərini söyləyib:
"Slaviya" ilə matçda bizə daha çox əzmkarlıq lazım idi, ən yaxşı oyunumuzu və keyfiyyətimizi göstərə bilmədik. ÇSKA üçün heç-heçə qəbuledilməzdir, yalnız qələbə uğur sayılır. Buna görə də əhvali-ruhiyyənin o qədər də yüksək olmaması təbiidir. Bizim üçün heç-heçə məğlubiyyətə bərabərdir. Əsas odur ki, gözəl oyunla qalib gələk və komandada atmosfer düzəlsin.
Tərəfdarlarımız uğurumuzun 50 faizini təşkil edir. Onların yoxluğunu mütləq hiss edəcəyik. Televiziya qarşısında olanları sevindirmək üçün sonadək mübarizə aparacağıq".
Qeyd edək ki, "ÇSKA Sofiya" Bolqarıstan çempionatının ilk turunda səfərdə "Slaviya" ilə heç heçə edib (0:0). Bundan əlavə, komanda UEFA tərəfindən cəzalandırıldığı üçün Bakıda azarkeş dəstəyindən məhrum olub.
Xatırladaq ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" - "ÇSKA Sofiya" oyunu iyulun 23-də Bakı vaxt ilə saat 20:00-da başlayacaq. Təkrar qarşılaşma isə bir həftə sonra Bolqarıstanda keçiriləcək.