UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" səfərdə Bolqarıstanın "ÇSKA Sofiya" komandası ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Sofiyadakı "Vasil Levski" adına Milli Stadionda keçirilən görüşün əsas vaxtı qolsuz heç-heçə ilə başa çatıb - 0:0.
Xatırladaq ki, Bakıda keçirilən ilk oyunda da hesab açılmamışdı.
Hər biri 15 dəqiqədən ibarət əlavə vaxtda da komandalar qapılara yol tapa bilməyiblər. Qalib penaltilər seriyasında müəyyənləşib. Bu mərhələdə daha dəqiq oynayan "ÇSKA Sofiya" 5:4 hesabı ilə qalib gələrək UEFA Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi "Qarabağ" isə mübarizəsini UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Ağdam təmsilçisi bu mərhələdə Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları 6 və 13 avqust tarixlərində keçiriləcək.
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Azərbaycanın "Qarabağ" klubu Bolqarıstanın "ÇSKA Sofiya" komandası ilə qarşılaşır.
Oxu.Az xəbər verir ki, Sofiyadakı "Vasil Levski" adına Milli Stadionda keçirilən görüş Bakı vaxtı ilə saat 22:00-da start götürüb.
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bolqarıstanda üz-üzə gələcək "ÇSKA Sofiya" (Bolqarıstan) və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, Sofiyadakı "Vasil Levski" adına Milli Stadionda saat 22:00-da start götürəcək matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"ÇSKA Sofiya": 21. Fyodor Lapukov, 2. Pastor, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 17. Angelo Martino, 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 6. Bruno Cordao (k), 8. Stefano Sensi, 28. Yoannis Pittas, 9. Leandro Qodoy;
Ehtiyat oyunçular: 25. Dimitar Evtimov, 10. Coel Zvarts, 11. Məhəmməd Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leao Pereyra, 77. Alexandro Pyedrahita, 80. Georgi Çorbadziyski, 91. Aleks Tuçev, 94. İsaak Solet, 99. Ceyms Eto;
Baş məşqçi: Xristo Yanev.
"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 11. Zakariya Savo;
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 5. Bruno Lanqo, 7. Jali Muaddib, 9. Joni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanli, 25. Cebrail Mekreskis, 29. Renaldo Sepas, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov;
Baş məşqçi: Qurban Qurbanov.
Qeyd edək ki, komandalar arasında ilk matç qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0. Bu raundun güclüsü növbəti mərhələdə "Şerif" (Moldova) - "Makkabi" (Təl-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşləri keçirilir.
Oxu.Az xəbər verir ki, təmsilçimiz "Qarabağ" səfərdə Bolqarıstanın "ÇSKA Sofiya" (Bolqarıstan) komandası ilə qarşılaşacaq.
Sofiyadakı Vasil Levski stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, Bakıda keçirilən ilk görüş 0:0 hesabı ilə başa çatıb.
Xatırladaq ki, bu cütün qalibi Avropa Liqasının III təsnifat mərhələsində "Şerif" (Moldova) - "Makkabi Təl-Əviv" (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.