"Şəfa" 2026/27 mövsümünün yay transfer pəncərəsində ilk keçidini reallaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə klub paylaşım edib.
Bildirilib ki, Bakı təmsilçisi Rauf Hüseynlini heyətinə qatıb.
26 yaşlı müdafiəçi ilə ikiillik müqavilə imzalanıb. Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən futbolçu son olaraq "Kəpəz"in formasını geyinib.
Hüseynli ötən mövsüm 28 oyunda meydana çıxıb, altı qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
"Qarabağ"ın yetirməsi olan futbolçu karyerası ərzində "Zirə", "Şamaxı" və "Qəbələ" klublarında da çıxış edib.