Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Qarabağ"ın zədəli futbolçularının durumuna aydınlıq gəlib
"Qarabağ"ın zədəli futbolçuları Aleksey İsayev və Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə "köhlən atlar"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O, İsayevin artıq komanda ilə məşqlərə başladığını bildirib.
Klub rəsmisi Bədavi Hüseynovun sabah "Şamaxı"ya qarşı keçirəcəkləri Misli Premyer Liqasının XIX turunun matçında iştirak etməyəcəyini söyləyib. A.Hacıyev təcrübəli müdafiəçinin fərdi məşqlər etdiyini diqqətə çatdırıb:
"Bədavi Hüseynovun UEFA Avropa Liqasının oyununda iştirakı hələlik sual altındadır".
Qeyd edək ki, "Qarabağ" - "Şamaxı" qarşılaşması yanvarın 17-də, saat 19:00-da start götürəcək. "Köhlən atlar" yanvarın 23-də UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda Rumıniyanın FCSB komandasını qəbul edəcəklər.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- "Qarabağ"ın gənc qolkiperi karyerasını Serbiyada davam etdirə bilər
- Riçard Almeydanın "Qarabağ"dan ayrılmasının SƏBƏBİ
- "Qarabağ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
- PFL-dən "Qarabağ" - "Kəpəz" oyunu ilə bağlı QƏRAR
- Azarkeşsiz oyunlar: "Pul qazanmaq üçün işə gedən adam stadiona gəlib vaxt itirmək istəmir"