Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Qarabağ" Juninyoya görə yarım milyonundan oldu
Olavio Juninyonu "Flamenqo"ya satan "Qarabağ" Portuqaliyanın "Çaves" klubuna yarım milyon avro ödəməli olacaq.
Oxu.Az xəbər verir ki, buna səbəb ağdamlıların 2023-cü ildə Juninyonu transfer edərkən Portuqaliya klubu ilə müqaviləyə futbolçunun gələcəkdə başqa kluba satışından əldə olunan məbləğin 10%-ni almaq bəndini daxil etməsidir.
Belə ki, vaxtilə bu transferdən təxminən 500 min avro qazanan "Çaves" indi daha yarım milyon qazanacaq.
Qeyd edək ki, "Flamenqo" 28 yaşlı forvard üçün "Qarabağ"a 5 milyon avro ödəyib.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- "Qarabağ"ın ulduzu karyerasını Xorvatiyada davam etdirə bilər
- Azərbaycanda tanınmış futbol həkimi vəfat etdi
- "Qarabağ"la müqavilə imzalayan Kadi Borges yenidən Macarıstana qayıdıb
- Azərbaycan Kubokunda son 20 mövsümün antirekordu qeydə alınıb
- "Qarabağ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
Ən çox oxunanlar
Rəylər