Ermənistan və Azərbaycan cari ilin yay aylarına qədər ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə bəyanat dərc edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.
Ermənistan baş nazirinin dəfələrlə ATƏT-in Minsk qrupunun buraxılmasına ancaq Azərbaycanla sülh müqaviləsi imzalanacağı təqdirdə razılıq verəcəyini söyləməsinə baxmayaraq, o, indi mövqeyini dəyişib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Minsk qrupunun və onun bütün institutlarının ləğv edilməli olduğunu bəyan edib.
Bu qrupun ləğvi Azərbaycanın Ermənistanla sülh sazişi imzalaması üçün şərtlərindən biridir.