“Qarabağ” - “Marsel” matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın 12-ci dəqiqəsində "Marsel"in yarımmüdafiəçisi Geye hesabı açıb.
34-cü dəqiqədə "Qarabağ"ın hücumusu Vadci fərqlənsə də, əllə oynadığı üçün qol qeydə alınmayıb.
İkinci hissədə isə daha iki dəfə qol vuran qonaqlar yekunda 3:0 hesablı qələbəyə seviniblər.
Avropa Konfrans Liqası
“Qarabağ” (Azərbaycan) – “Marsel” (Fransa) - 0:3
Qollar: Geye, 12, Qenduzi, 77, De La Fuente, 90+2
21:46
“Qarabağ” - “Marsel” matçında start fiti səslənib.
Hazırda oyunda qolsuz bərabərlik davam edir.
20:32
Bu gün “Qarabağ” Bakıda tarixi oyuna çıxacaq.
Oxu.Az-ın xəbərinə görə, komandamız bu gün Avropa Konfrans Liqasının 1/16 final mərhələsi çərçivəsində Fransanın köklü klublarından olan “Marsel”i qəbul edəcək.
Çempionlar Liqasını qazanmış yeganə Fransa klubu olan “Marsel”lə matçda “Qarabağ” hücum futbolu nümayiş etdirməyə çalışacaq. Çünki komandamız Marseldə keçirilmiş ilk matçda 1:3 uduzub. Komandamız ən pis halda 2 top fərqi ilə qalib gəlməlidir ki, matçı əlavə vaxt və ya penaltilər seriyasına daşıya bilsin.
Artıq hər iki komandanın heyətləri açıqlanıb.
21:45 “Qarabağ” (Azərbaycan) – “Marsel” (Fransa)
Hakimlər: Bartoş Frankovski, Marçin Bonek, Yakub Vinkler, Kjıştof Yakubik (hamısı Polşa)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 2. Qara Qarayev 5. Maksim Medvedev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov 29. Marko Veşoviç, 81. Kevin Medina
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə
Baş məşqçi: Qurban Qurbanov
“Marsel”: 30. Stiv Mandanda, 2. Vilyam Saliba, 4. Bubakar Kamara, 6. Matteo Genduzi, 10. Dmitri Payet, 12. Bamba Dyenq, 13. Sedrik Bakambu, 14. Luan Peres, 15. Due Çaleta-Tsar, 21. Valenten Ronjye, 22. Pap Quye
Ehtiyat oyunçular: 1. Simon Nqapanduentpu, 16. Pau Lopes, 3. Alvaro Qonsales, 5. Leonardo Balyerdi, 7. Amin Arit, 8. Jerson, 9. Arkadiuş Milik, 17. Cengiz Ünder, 20. Konrad de la Fuente, 23. Sead Kolaşinats, 29. Pol Lirola
Baş məşqçi: Xorxe Sampaoli