“Qəbələ” - “Qarabağ” matçında maraqlı hadisə yaşanıb.
Oxu.Az xəbər verir ki, Avro Liqaya çexiyalı hakim ucbatından yekun vuran “Qarabağ” səfərdə “Qəbələ”yə 2-1 hesabı ilə uduzub.
Hesabı “Qarabağ”ın futbolçusu Namiq Ələsgərov açsa da, Soltanov və Dodo “Qəbələ”nin qələbəsini vurduğu qollarla təmin ediblər.
Azarkeşlər bu oyunda “Qarabağ”ın “İnter”lə oynadığı matçda hakimin verdiyi səhv qərarına etiraz ediblər.
Onlar maraqlı pankart açaraq, matçın baş hakimi Miroslav Zelinkanı hədəf olaraq göstəriblər.
Pankartda yazılıb: ““Qarabağ”dır bu millətin yarası, yaddan çıxmaz o hakimin anası”.

Elvin Əhmədov
www.oxu.az