Bu gün Avropa Liqasının qrup mərhələsində VI turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, turnirdə yeganə təmsilçimiz “Qarabağ” doğma meydanda İtaliyanın “İnter” klubunu qəbul edib. 1/16 final yolunda son addımını atan təmsilçimizə bu oyunda istənilən hesablı qələbə də kifayət idi ki, “Qarabağ” bunu reallaşdıra bilməyib.
Düzdü, oyuna əlavə edilmiş 4-cü dəqiqədə Riçard Almeyda hesabı açıb. Lakin çexiyalı hakim Mioslav Zelinka qolu qeydə almayıb.
Beləliklə, “İnter”lə qolsuz bərabərə (0:0) qalan Ağdam klubu xalını 6-ya çıxararaq, qrupu 3-cü pillədə başa vurub. Ukraynada Fransa “Sent-Etyen”ini 1:0 hesabı ilə məğlub edən edən “Dnepr” isə qrup ikincisi kimi “İnter”lə birgə növbəti mərhələyə adlayıb.