Bu axşam UEFA Çempionlar Liqasında Liqa mərhələsinin beşinci turunun ilk oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, gecənin ilk əsas qarşılaşmasında "Qalatasaray" İstanbulda "Royal Union"u qəbul edəcək.
İzləyicilər bu oyunu 21:45-dən etibarən "CBC Sport" TV-də izləyə biləcəklər.
Günün digər maraqlı qarşılaşmalarında isə "Napoli" İtaliyada təmsilçimiz "Qarabağ"ı, "Çelsi" isə İngiltərədə "Barselona"nı qəbul edəcəklər.
"Napoli" - "Qarabağ" oyunu İctimai TV-də, "Çelsi" - "Barselona" oyunu isə "CBC Sport" TV-də yayımlanacaq.
UEFA Çempionlar Liqası
IV tur
25 noyabr
Saat 21:45, "Qalatasaray" - "Royal Union" ("CBC Sport" TV).
26 noyabr
Saat 00:00, "Napoli" - "Qarabağ" (İctimai TV);
Saat 00:00, "Çelsi" - "Barselona" ("CBC Sport" TV).