Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Qarabağ" ukraynalı futbolçunu transfer etdi
"Qarabağ" yay transfer dönəmində daha bir futbolçu ilə müqavilə bağlayıb.
Oxu.Az-ın məlumatına görə, Ağdam təmsilçisi ukraynalı Aleksey Kaşuku heyətinə cəlb edib.
24 yaşlı yarımmüdafiəçi Ağdam klubuna azad agent kimi transfer olunub. Onun keçidinin tezliklə rəsmən elan olunacağı gözlənilir.
Xatırladaq ki, "Şaxtyor"un (Donetsk, Ukrayna) yetirməsi olan Kaşuk 2022/23 mövsümündə "Sabah" klubunda çıxış edib.
Qeyd edək ki, "Qarabağ" bu yay Fabian Buntiç, Musa Qurbanlı, Şahruddin Məhəmmədəliyev, Mateuş Koxalski və Emmanuel Addaini də heyətinə qatıb.
"Şahruddin Məhəmmədəliyev" teqi üzrə xəbərlər
- Azərbaycan millisi Belarusla görüşdə qələbə üçün nə etməlidir?
- Şahruddin millinin düşərgəsindən UZAQLAŞDIRILDI - SƏBƏB...
- Ulduz futbolçu Luiş Nani "Qarabağ"ın oyunçuları ilə görüşüb
- Türkiyə klubu Şahruddin Məhəmmədəliyevə bir milyon manatdan çox ödəniş etməlidir
- "Qarabağ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
Ən çox oxunanlar