Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“Qarabağ” və “Neftçi”nin baş məşqçiləri dünya reytinqində
Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Oxu.Az xəbər verir ki, “Club World Ranking” saytının tərtib etdiyi siyahıda Azərbaycan millisinin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da yer alıb. O, 1073 xalla 458-ci pillədə qərarlaşıb. Qurbanov ötən siyahı ilə müqayisədə dörd pillə irəliləyib.
“Neftçi”nin italyan baş məşqçisi Roberto Bordin isə 482 xalla 698-ci pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis də ötən siyahı ilə müqayisədə səkkiz pillə irəliləyib.
Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. II pillədə “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone qərarlaşıb. Braziliyanın “Qremio” klubunun baş məşqçisi Renato Qauşo isə III yerdədir.
S.M.
www.oxu.az