Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşləri keçiriləcək.
Oxu.Az xəbər verir ki, “Qarabağ” İsveçrənin “Yanq Boyz” klubunu qəbul edəcək.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Oxu.Az-a bildirib ki, qarşılaşma üçün artıq 21 min bilet satılıb.
Qeyd edək ki, qarşılaşma saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.
Elvin Əhmədov
www.oxu.az