"Qarabağ"ın Çempionlar Liqasında ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcəyi hələ dəqiqləşməyib.
Oxu.Az bildirir ki, bu barədə azvision.az-a "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib.
Onun sözlərinə görə, yayılan məlumatlar ehtimaldan ibarətdir. Klub rəsmisi bildirib ki, bunun üçün UEFA-dan gələn xüsusi qrup rəy verməlidir. Hazırda bu təklif dəyərləndirilmə mərhələsindədir.
Qeyd edək ki, Bakı Olimpiya Stadionun tamaşaçı tutumu 68 min 870 nəfərdir.
"Qarabağ" ilk ev oyununda "Roma" klubunu qəbul edəcək. Bu görüş sentyabrın 27-də keçiriləcək. Digər ev oyunları isə oktyabrın 18-də "Atletiko" və noyabrın 22-də "Çelsi" ilə olacaq.
A.M.