"Neftçi” daha bir transferini rəsmiləşdirib.
Oxu.Az xəbər verir ki, haitili futbolçu Donald Qerye ilə 1+1 il müddətinə müqavilə bağlanıb.
30 yaşlı yarımmüdafiəçi yeni komandasının heyətində 77 nömrəli formanı geyinəcək.
Sonuncu klubu "Qarabağ” (2017-2019) olan Donald Qerye Haitinin "Violet” (2009-2011), "Amerika de Ke” (2011-2013), Polşanın "Visla” (2013-2016) və Türkiyənin "Alanyaspor” (2016-2017) komandalarında çıxış edib. Azərbaycan çempionatının qalibi (2018, 2019) olmuş futbolçu Haiti milli komandasının heyətində 44 oyun keçirib, 11 qola imza atıb.
"Qarabağ"dan ayrılan futbolçu rəsmən "Neftçi"də - VİDEO
Rəylər