Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ən yaxşı biznesmenlər mükafatlandırılacaq - VİDEO
Bakıda Pakistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə "İlin ən yaxşı biznesmenlərinin mükafatlandırılması" tədbiri baş tutacaq.
Oxu.Az-ın verdiyi xəbərə görə, tədbirdən əvvəl təşkilatçı komitə olan Sərhəd Ticarət və Sənaye Palatası tərəfindən mətbuat konfransı keçirilib.
Konfransda çıxış edənlər bildiriblər ki, keçiriləcək tədbirin əsas məqsədi Pakistan və Azərbaycan sahibkarları arasında əlaqələrin qurulması və hər iki ölkəyə investorların cəlb edilməsidir. O da qeyd olunub ki, Azərbaycan və Pakistan arasındakı siyasi və hərbi əlaqələr yüksək səviyyədə olsa da, iqtisadi əlaqələr o dərəcədə inkişaf etməyib. Bu səbəbdən, belə tədbirlərin tez-tez keçirilməsi daha yaxşı olardı.
Qeyd edək ki, mükafatlandırma sentyabrın 5-i baş tutacaq.
Pakistanın ölkəmizdəki səfiri Səid Xan Mohmand bildirib: "Azərbaycan və Pakistanın iqtisadi əlaqələrinin güclü olmamasına səbəb geosiyasi vəziyyət deyil. Əgər Azərbaycandan tırlar çıxsa, Pakistana cəmi 4-5 günə gəlib çatar. Azərbaycan həmçinin Avropaya açılan qapıdır. Pakistanlı biznesmenlər Azərbaycana ən çox əczaçılıq, mərmər, qranit sahələrində investisiya qoymaq istəyirlər".
Sərhəd Ticarət və Sənaye Palatasının rəhbəri Muhammad Faizi isə deyib: "Xeybər Paktunva neft və qaz şəhəridir. Eyni zamanda bu şəhərdə bal və tikinti sektoru da inkişaf edib. Bizim sahibkarları gətirməkdə məqsədimiz Azərbaycan və azərbaycan insanı ilə tanış olmaq, görüşlər keçirməkdir".
Aynur Kazımova
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?