Üzərinə dəmir qapı aşan “Qarabağ” azarkeşi Samir Mirzəyev artıq əməliyyatdan çıxıb.
Oxu.Az xəbər verir ki, “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov ANS PRESS-ə açıqlamasında bildirib ki, həkimlər əməliyyatın uğurlu keçdiyini, Samirin vəziyyətinin normal olduğunu deyiblər.
O həmçinin qeyd edib ki, Samir hazırda reanimasiyadadır. Həkimlər onun 5 gün ərzində xəstəxana şəraitində müalicə olunacağını deyiblər. 5 gündən sonra isə ev şəraitində müalicəsini davam etdirəcək. Onun sözlərinə görə, 40 gün ərzində gips saxlanılacaq. “40 gündən sonra, inşallah, Samir artıq yeriməyə başlayacaq”, - deyə Nurlan İbrahimli əlavə edib.
Xatırladaq ki, noyabrın 6-sı UEFA Avropa liqasinin qrup mərhələsi çərçivəsində “Qarabağ” - “Dnepr" oyununu keçirilib. 11-ci sektorda oyunu izləyən “Qarabağ” azarkeşi Samir Mirzəyevin üzərinə dəmir qapı aşıb. Onun kəllə-beyin travması aldığı, oma və diz sümüyünün sındığı bildirilmişdi.