Bu gün “Qarabağ” Avropa Konfrans Liqasının qrupunda ilk maçına çıxacaq.
Oxu.Az xəbər verir ki, ardıcıl 8-ci dəfə avrokubokların qrupunda oynayan Qurban Qurbanovun yetirmələri mübarizəyə evdə start verəcək. Təmsilçimiz İsveçrə “Bazel”i ilə üz-üzə gələcək.
Konfrans Liqasında məğlubiyyət nə olduğunu bilməyən “Qarabağ” doğma azarkeşləri önünə 3 xal üçün çıxacaq.
Konfrans Liqası
H qrupu
20:45 “Qarabağ” (Azərbaycan) – “Bazel” (İsveçrə)
Baş hakim: Erik Lambrexts (Belçika)
Bakı Olimpiya Stadionu